"İnter" Roberto Mançini ilə “yola davam” qərarı verir

"İnter" Roberto Mançini ilə “yola davam” qərarı verir

İtaliyanın "İnter" klubu baş məşqçisi Roberto Mançiniyə yeni müqavilə təklif edib. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, italyan klubu rəhbərliyi təcrübəli mütəxəssislə müqaviləni 2018-ci ilə qədər uzatmaq istəyir. Qeyd edək ki, Mançinin "İnter"lə hazırkı müqaviləsi növbəti mövsümün sonu başa çatır. Xatırladaq ki, bu məşqçinin gəlişindən sonra italyan klubunun oyun sistemində və əldə olunan nəticələrdə irəliləyiş müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə