Lisenziyalaşdırma ilə bağlı seminar keçirilib

Lisenziyalaşdırma ilə bağlı seminar keçirilib
Bu gün AFFA-nın Futbol Akademiyasında "UEFA-nın klub yarışlarında və Azərbaycan Futbol "Premyer Liqası"nda iştirak etmək üçün UEFA-nın "Financial Fair Play qaydaları"nın 2012-2013-cü il lisenziyalaşdırma mövsümündən tətbiqi ilə əlaqədar olaraq, Premyer Liqa və I Divizionda çıxış edən klubların Maliyyə və Lisenziyalaşdırma

üzrə menecerləri üçün seminar keçirilib. Siasport.az saytı xəbər verir ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbər müavini İlqar Əliyev, Lisenziyalaşdırma qrupunun maliyyə meyarları üzrə eksperti Bəhram Dadaşov, Lisenziyalaşdırma qrupunun UEFA üzrə əlaqələndiricisi Nicat Hüseynovun iştirakı ilə keçirilən seminarda "Financial Fair Play" qaydalarının məqsədindən, tələblərindən və vacibliyindən danışılıb. Bundan başqa, maliyyə menecerlərinin vəzifəsi, fəaliyyət istiqaməti, maliyyə hesabatlarının şəffaf tərtib edilməsi, maliyyə meyarlarına edilmiş əlavə və dəyişikliklər barədə seminar iştirakçılarına ətraflı məlumata verilib, klub nümayəndələrinin sualları cavablandırılıb

Bütün xəbərlər Facebook səhifəmizdə