FAİ-nin plenar iclası keçirilib

FAİ-nin plenar iclası keçirilib

İsveçrənin Lozanna şəhərinin Olimpiya muzeyində FAİ-nin (Beynəlxalq Aviasiya Federasiyası) plenar iclası keçirilib. Siasport.az saytı xəbər verir ki, iclasda federasiyamızın rəhbəri ölkəmizin idman tarixində ilk dəfə olaraq tamhüquqlu aktiv üzvü qismində iştirak edib və FAİ-nin rəhbər nümayəndələri ilə bir sıra görüşlər keçirib.

Plenar iclasın işində hava idmanı sahəsində təhlükəsizliyin təmin olunması üzrə bir sıra vacib məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub. Müzakirə olunan məsələlər sırasında paraplan üzrə çempionatların keçirilməsi, iştirakçıların qeydiyyatı üzrə yeni qərarlar qəbul olunub və o cümlədən qeydiyyata alınmamış (yoxlanılmamış) paraplanlarla yarışlara qadağa qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə