“Çelsi” sensasiyaya imkan vermədi

“Çelsi” sensasiyaya imkan vermədi

Dünən Gecə Çempionlar Liqasının 1/8 final mərhələsinin daha bir cavab qarşılaşması keçirilib. Siasport.az saytı xəbər verir ki, İngiltərənin "Çelsi" futbol klubu öz meydanında Danimarkanın "Kopenhagen" futbol klubunu qəbul edib. Danimarkada keçirilən ilk qarşılaşmada rəqibini 2:0 hesabı ilə məğlub edən "zadəganlar", cavab qarşılaçmasına tam arxayınlıqla çıxmışdılar. Demək olar ki, 0:0 hesabı ilə başa çatan görüşdə "Çelsi" heç bir güc sərf etmədi. İngiltərə klubu bu hesabın ardından adını Çempionlar Liqasının ¼ final mərhələsinə yazdıran komandaların sırasına daxil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə