Joze Maurinyo “Real”ın 6 illik həsrətinə son qoydu: 3:0

Joze Maurinyo “Real”ın 6 illik həsrətinə son qoydu: 3:0

İspaniyanın "Real Madrid" futbol klubu 6 illik həsrətə son qoyaraq Çempionlar Liqasının 4/1 final mərhələsinə adlayıb. Siasport.az saytı xəbər verir ki, dünən "Santyaqo Bernabeu" stadionunda Fransanın "Lion" futbol klubu ilə oynanan qarşılaşmada Joze Maurinyonun başçılıq etdiyi komandanın 6 illki həsrətə son qoyub-qoymayacağı maraqla gözlənilirdi. Fransada keçirilən ilk qarşılaşma 1:1 hesabı ilə başa çatdığından oyuna maraq da yüksək idi. Amma məşhur portuqaliyalı mütəxəssisin uğurlar memarı olması barədə deyilən fikirlərin əbəs yerə söylənmədiyi, dünən də bir daha sübutunu tapdı. Kral klubu qarşılaşmanın 37-ci dəqiqəsində Marselonun vurduğu qolla hesabda önə keçdi. Tarixində ilk dəfə olaraq "Lion"u məğlub etmək fürsəti ələ keçirən "Real Madrid", qarşılaşmanın 66-cı dəqiqəsində Kərim Benzema və 76-cı dəqiqədə Di Mariyanın qolları ilə ilkə imza atmış oldu. İndi kral klubu Çempionlar Liqasında öz rəqibini gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə