Samir Abasov millinin toplanışında iştirak edə bilməyəcək

Samir Abasov millinin toplanışında iştirak edə bilməyəcək
"Qarabağ" klubunun üzvü, yarımmüdafiəçi Samir Abasov milli komandamızın Almaniyada və Belçikada keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək. Siasport.az saytı xəbər verir ki, futbolçu məşq prosesinə zədəli olduğu üçün qatıla bilməyəcək.

Qeyd edək ki, təlim-məşq toplanışı martın 19-dan 26-dək Almaniyanın Veqberq, martın 26-dan 29-dək isə Belçiknın Brüssel şəhərində təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə