Rusiya Olimpiya Komitəsinin 100 yaşı qeyd edilir

Rusiya Olimpiya Komitəsinin 100 yaşı qeyd edilir
Martın 16-da Sankt-Peterburqda Rusiya Olimpiya Komitəsinin 100 yaşı qeyd edilir. Siasport.az saytı xəbər verir ki, komitə Rusiyanın məhz şimal paytaxtında təsis edilib. Sadovaya küçəsindəki 50-B nömrəli binanın divarına vurulmuş xatirə lövhəsi buna sübutdur. Məhz burada, keçmiş İmperator Xilas Cəmiyyətində 1911-ci ilin martında Rusiya Olimpiya Komitəsi fəaliyyətə başlayıb.

Petropavlovsk qalasının istehkamında qoyulmuş Narışkin siqnal topundan günorta açılacaq atəş həmin hadisəyə həsr olunacaq. Atəş açmaq şərəfi xizək yarışları üzrə altıqat Olimpiya çempionu, Rusiya qəhrəmanı, Sankt-Peterburqun fəxri vətəndaşı Lyubov Yeqorovaya, habelə şəhərin gənc sakini, Soçidə 2014-cü ildə keçiriləcək Paralimpiya oyunları talismanının (Qar dənəsi) müəllifi Anna Jilinskayaya həvalə olunub.

Bundan əlavə, Sankt-Peterburqun küçələrinə xüsusi Olimpiya tramvayı çıxacaq. Tramvay Olimpiya rəmzi, Sankt-Peterburq idmançılarının-Olimpiya çempionlarının portretləri olan idman plakatları və sosial reklamlarla bəzədiləcək. Vaqonda müxtəlif illərdə keçirilmiş Olimpiya oyunlarının çempionları və mükafatçıları əyləşəcəklər.

Xatırladaq ki, Olimpiya tramvayı bundan əvvəl 2004-cü ildə Afinada, 2006-cı ildə Turində, 2008-ci ildə Pekində keçirilmiş Olimpiadalar zamanı və digər Olimpiya hadisələri günlərində də Neva çayı üzərindəki şəhərdə hərəkət etmişdi. Rusiya Olimpiya Komitəsinin 100 illiyi ilə əlaqədar bəzədilmiş vaqon sentyabrın 30-dək Sank-Peterburqda adi rejimdə işləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня