Azərbaycan cüdoçuları Avropa Kubokunda yarışacaqlar

Azərbaycan cüdoçuları Avropa Kubokunda yarışacaqlar
Mart ayının 19-da Türkiyənin Antaliya şəhərində cüdo üzrə yeniyetmələr (oğlan və qızlar) arasında Avropa Kuboku start götürəcək. Siasport.az saytı xəbər verir ki, JudoOnlinedən verilən məlumata görə, iki gün davam edəcək yarışda yeniyetmələrdən ibarət yığma komandamız məşqçilər Rəşad Həsənov və Rəşad Məmmədovun rəhbərliyi altında ölkəmizin idman şərəfini qoruyacaqlar. Avropa Kuboku yarışında ümumilikdə 22 cüdoçumuz qüvvələrini sınayacaq. 50 kq çəki dərəcəsində Telman Vəliyev, Cavidan Ümüdov, Sadıq Məhərrəmov, 55 kq çəki dərəcəsində Əlifani Qardaşxanzadə, İsgəndər Talışınski, Fəqan Quluzadə, Kamran Yəhyayev, 60 kq çəki dərəcəsində Rəşad Rufullayev, Eşqin Məmmədov, Anar Babayev, 66 kq çəki dərəcəsində İslam Abdulrəhmanzadə, Mixayıl Anayev, Musa Mehdiyev, Ruhin Əhədov, 73 kq çəki dərəcəsində Firuddin Dadaşov, Kamran Şöhübov, 81 kq çəki dərəcəsində Qurban Qurbanov, Kamran Hüseynov, +90 kq çəki dərəcəsində isə Cəlil Şükürov mübarizəyə qoşulacaq. Xanın cüdoçularımızdan isə ölkəmizi Çinarə Quliyeva (40 kq), Səkinə Zayirova (44 kq) və Fəridə Həsənxanova (52 kq) təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə