“Baku Fires” klubu WSB liqasının qrup mərhələsində sonuncu görüşünü keçirəcək
"Baku Fires" boks klubu WSB liqasının qrup mərhələsində sonuncu görüşünü martın 19-da "Sərhadçi" İdman Olimpiya Mərkəzində "Beijing Dragons"a qarşı keçirəcək. Siasport.az saytı xəbər verir ki, artıq hər iki komandanın heyəti məlumdur. Bu görüşdə komandamızın heyətində dünyaca məhşur, qaydasız döyüş yarışlarında iştirak etmiş Sergey Xaritonov debüt edəcək. Onun rəqibi qanalı boksçu Avusone Yekeni olacaq. Digər idmançılarımızın rəqibləri isə çin boksçularıdır. 54 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Əbdulhəmidov He Jiveylə üz-üzə gələcək.
54 kq
Məhəmməd Əbdülhəmidov (Baku Fires) – He Jivei (Beijing Dragons)
61 kq
Semyon Qrivaçyov – Fanq Lei
73 kq
Məhəmməd Nuridinov – Liu Vei
85 kq
Ramazan Məhəmmədov – Janq Vei
91+kq
Sergey Xaritonov – Avusone Yekeni
İndiyədək "Baku Fires" və "Beijing Dragons" klubları 3 dəfə
qarşılaşıb və bütün görüşlərdə komandamız qələbə qazanıb. "Baku Fires" 28 xalla
qrupun lideridir. 26 xalı olan "Astana Arlans" 2-ci pillədədir. Komandamız qrup
mərhələsinin son görüşündə Çin klubunu məğlub etsə, 1-ci yeri özünə təmin
edəcək. "Astana Arlans" isə ən yaxşı nəticəyə malik 2-ci komanda kimi
yarımfinala çıxa biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB