“Dortmund” daha bir türk futbolçunu heyətinə qatır

“Dortmund” daha bir türk futbolçunu heyətinə qatır

Almaniya Bundesliqasının hazırkı lideri olan Borrusiyanın "Dortmund" futbol klubu daha bir türk futbolçunu heyətinə qatmaq istəyir. Siasport.az saytı xəbər verir ki, "Dortmund"un baş məşqçisi Jürgen Klopp "Nürnbeq"də forma geyinən gənc ulduz futbolçu İlkayı transfer etməkdə israr edir.Almaniyanın məşhur "Bild" qəzeti yazır ki, alman baş məşqçi Bundesliqanın ən perspektivli futbolçularından hesab olunan İlkayı komandasında görmək istəyir və artıq klubun nümayəndələri futbolmunun meneceri ilə danışıqlar aparmağa qərar veriblər. Amma İlkayı transfer etmək "Dortmund" üçün heç də asan olmayacaq. Çünki 2012-ci ilə qədər "Nürnberg" futbol klubu ilə müqaviləsi olan futbolçunu hazırkı klubu da buraxmaq istəmir. Xatırladaq ki, Borrusiya klubunun heyətində daha bir türk futbolçu da forma geyinir. Bu komandanın ən sərrast futbolçularından olan Nuri Şahindir.

Bütün xəbərlər Facebook səhifəmizdə