"Lill" - "Qəbələ" matçının yayımı niyə yarımçıq qaldı?

"Lill" - "Qəbələ" matçının yayımı niyə yarımçıq qaldı?

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Lill" - "Qəbələ" matçının (1:1) yayımı 86-cı dəqiqədə dayanıb. SİA-nın məlumatına görə, oyunu canlı yayımlayan "CBC Sport" telekanalı bununla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: "Hörmətli "CBC Sport" tamaşaçıları, bizdən asılı olmayan səbəblərə görə "Lill" - "Qəbələ" oyununun yayımı 86-cı dəqiqədə dayandı.

Fransalı həmkarlarımızın Lill şəhərindən ötürdüyü siqnalda texniki problemlər yarandığı üçün matçı sonadək təqdim edə bilmədik.

Buna görə, sizdən üzr istəyirik. Ancaq Fransa tərəfi ilə danışıqlardan sonra sabah bütünlükdə oyunun yayımını təqdim etməyə çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə