Şalke 04” baş məşqçini istefaya göndərdi

Şalke 04” baş məşqçini istefaya göndərdi

Çempionlar Liqasında İspaniyanın "Valensiya" klubunu məğlub edərək nüfuzlu turnirin ¼ final qarşılaşmasına vəsiqə qazanan Almaniyanın "Şalke 04" futbol klubunda gərginlik hökm sürür. Siasport.az saytı xəbər verir ki, Çempionlar Liqasında uğurla çıxış etməsinə baxmayaraq Almaniya Bundesliqasında işləri o qədər də yaxşı getməyən alman klubunun baş məşqçisi Felix Magat bu gün klubdan istefaya göndərilib. Onsuz da ard-arda alınan acınacaqlı məğlubiyyətlər ucbatından gec-tez istefaya göndəriləcəyi çoxdan hamıya məlum olan F. Magat, onun baş məşqçi postundan uzaqlaşdırılmasına dair keçirilən toplantıya da qatılmayıb.Komanda rəhbərliyi isə baş məşqçi məsələsini bazar ertəsi keçiriləcək xüsusi toplantısında müzakirə etməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə