"Anji"dən təşəkkür məktubu

Rusiyanın "Anji" klubundan "Neftçi" PFK-ya məktub daxil olub. Siasport.az saytı xəbər verir ki, məktubda Rusiya təmsilçisinin rəhbərliyi Mahir Şükürovun "Neftçi"nin məşqlərinə qatılmağına etiraz etmədiklərini qeyd ediblər. Həmçinin məktubda, "Anji" rəhbərliyi yığmamızın üzvü Mahir Şükürova belə şərait yaratdığı üçün "Neftçi" klubunun rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə