Orxan Hüseynzadə Türkiyə-Lixtenşteyn oyununa təyinat alıb

Orxan Hüseynzadə Türkiyə-Lixtenşteyn oyununa təyinat alıb
AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə yeni təyinat alıb. Siasport.az saytı xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 25-də keçiriləcək Türkiyə-Lixtenşteyn oyununun UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq. Qarşılaşma Sivas şəhərindəki 4 Eylül stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə