Reqbi üzrə Bakı şəhər yığma komandası məşqçi Vaqif Səadətxanın rəhbərliyi altında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Gürcüstanın Poti şəhərində keçirilən beynəlxalq turnirə ezam olunub. SİA-nın məlumatına görə, turnirdə Rusiya, Türkiyə və Gürcüstandan olan 10 komanda iştirak edib. Yığmamız yüksək əzmkarlıq göstərərək 3-cü yerə layıq görülüb.
Üç gün davam edən turnirdən sonra komandamız təlim-məşq toplanışı keçirib. Yığmamızın ustalıq səviyyəsi turnirin digər komandalarının nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və onlar noyabr ayında Baş İdarə tərəfindən Bakıda keçirilməsi planlaşdırılan "9 noyabr Bayraq günü"nə həsr olunmuş açıq turnirdə iştirak etmək istəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB