Gənclər və idman naziri Azad Rəhimov Britaniya parlamentinin Azərbaycan qrupunun üzvləri ilə görüşüb. Gənclər və İdman Nazirliyində baş tutan görüşdə Mühafizəkarlar, Leyborist və Liberal demokrat partiyalarını təmsil edən 11 parlament üzvü iştirak edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı ilk olaraq nazir Azad Rəhimov Gənclər və İdman Nazirliyinin yaranma tarixi, gənclər və idman sahələrində görülən işlər, ölkədə fəaliyyət göstərən QHT-lər, qəbul olunan Dövlət Proqramları və s. haqda danışıb. Nazir eyni zamanda, idman sahəsində Azərbaycanın çox böyük layihələrə ev sahibliyi etdiyini diqqətə çatdırıb, buna misal olaraq ölkəmizdə I Avropa Oyunları, Formula 1 üzrə Avropa Qran Prisi kimi mötəbər yarışların keçirildiyini, sentyabr ayında paytaxtda Beynəlxalq Şahmat Olimpiadası, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının baş tutacağını nümunə gətirib.
İngiltərə parlamentinin Azərbaycan qrupunun üzvləri hər iki sahədə Azərbaycanda həyata keçirilən tədbirlərin, beynəlxalq səviyyəli nüfuzlu yarışların ölkənin imicinə çox müsbət təsir göstərdiyini, son illər isə bu təsirin daha əyani şəkildə göründüyünü bildiribər. Qonaqlar Britaniya ilə Azərbaycan arasında istər gənclər, istərsə də idman sahələrində maraqlı layihələrin həyata keçirilməsinin mümkünlüyü diqqətə çatdırıb, birgə əməkdaşlığın hər iki ölkə arasında əlaqələrin daha sıx olmasına şərait yaradacağını qeyd ediblər.
Sonra gənclər və idman sahələri haqda daha geniş fikir mübadiləsi aparılıb, hər iki tərəfi maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB