Azərbaycan şahmatçıları şəxsi Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycan şahmatçıları şəxsi Avropa çempionatında mübarizə aparacaqlar
Martın 21-dən aprelin 3-dək Fransanın Eks-le-Ben şəhərində kişilər arasında şahmat üzrə şəxsi Avropa çempionatı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, bu günədək çempionatda iştirak etmək üçün 400-dən çox şahmatçı, o cümlədən Azərbaycanın 9 idmançısı qeydiyyata alınıb. Azərbaycan şahmatçıları Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Məmmədov, Vasif Durarbəyli, Nicat Abbasov, Rüfət Bağırov, Namiq Quliyev, Kənan İzzət və Eltac Səfərli qitə birinciliyinin medalları uğrunda mübarizə aparacaqlar.

Avropa çempionatının mükafat fondu 113 min 700 avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə