Orxan Hüseynzadəyə yeni təyinat

Orxan Hüseynzadəyə yeni təyinat

Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb. SİA-nın məlumatına görə, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 4-də, Avstriyanın Vyana şəhərindəki "Weststadion"da keçiriləcək "Rapid Vyana" (Avstriya) - "Torpedo Jodino" (Belarus) qarşılaşmasının UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə