Bu gün “Qəbələ” “Lill” ilə qarşılaşacaq

Bu gün “Qəbələ” “Lill” ilə qarşılaşacaq

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Qəbələ" Fransanın "Lill" komandası ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, Lill şəhərindəki "Lill Metropole" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq qarşılaşmanı adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:

Baş hakim: Daniel Stefanski

Baş hakimin köməkçiləri: Rafal Rostkovski, David İqor Golis

Dördüncü hakim: Zbiqniev Dobrynin

(Hakimlər briqadası Polşadandır)

UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)

Hakim-inspektor: Frank De Blikere (Belçika)

Bütün xəbərlər Facebook səhifəmizdə