"Qarabağ"ın heyətində son vəziyyət

"Qarabağ"ın heyətində son vəziyyət
"Qarabağ" klubu artıq məşqlərə başlayıb. Siasport.az saytı xəbər verir ki, şənbə günü "İnter"lə qarşılaşan komanda ertəsi yüngül məşqlə kifayətlənib. Meydana çıxmayanların 90 dəqiqə məşq etdiyi çalışmada "İnter"lə görüşdə forma geyinənlər yüngül qaçışla məşq ediblər. Komandanın çalışdırıcısı Qurban Qurbanov futbolçulara istirahət verib. Dünən isə komanda saat 12:00-da klubun bazasına toplaşaraq AZAl-la oyunun hazırlıqlarına start verib. Günün tək məşqi saat 14:00-da baş tutub. Komanda "Sərin" kompleksinin meydançasında məşq edib.

Komandada Aftandil Hacıyev yenidən məşqlərə başlayıb. Müdafiəçi sadəcə yüngül hərəkətlərlə kifayətlənib. Digər zədəli Maksim Mevdevin isə hələ də müalicəsi davam edir.

Bu gün komanda eyni saatda Suraxanı qəsəbə stadionunda məşq edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com