“Bakı” klubu təlim-məşq bazasında Novruz şənliyi keçirdi-FOTOSESSİYA-VİDEO
\"Bakı\" futbol klubu Novruz bayramı ilə əlaqədar olaraq təlim-məşq bazasında tədbir təşkil edib. Siasport.az saytı xəbər verir ki, şənlikdə klubun rəhbərliyi, bütün yaş qrupları üzrə komandalarının heyəti, məşqçiləri və media nümayəndələri iştirak ediblər.
Tədbiri ilk olaraq klubun icraçı direktoru Yaşar Seyidov açıb. O,
klubun bütün heyətini və Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edib.
Daha sonra incəsənət ustalarının iştirakı ilə tədbir davam etdirilib.
Şənlikdə Novruz personajları maraqlı səhnəciklər göstəriblər, tonqallar
qalanıb. "Bakı"nın prezidenti Hafiz Məmmədov kiçik futbolçularla birlikdə
bayram tortunu kəsib. O, bazanın həyətində qalanmış böyük tonqalı alovlandırıb.
Jurnalistlərlə görüşən klub rəhbəri Novruz bayramının adətlərindən danışıb,
uşaqlıq illərində Naxçıvanda keçirdiyi Novruz xatirələrindən bəhs edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB