"Azərreyl" "Uraloçka" sindromunu qırdı

"Azərreyl" "Uraloçka" sindromunu qırdı

Qadın voleybolçular arasında "Çelenc Cup"un yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Siapsort.az saytı xəbər verir ki, ilk qarşılaşmada Bakının "Azərreyl" klubu Rusiyanın "Uraloçka" komandasını qəbul edib.

Bu mərhələyədək "Çelenc Cup"da məğlubiyyət acısı yaşamayan Bakı klubu yenə məğlub olmayıb. İlk setdə 25:22 hesablı qələbə qazanan təmsilçimiz növbəti setdə eyni hesablı məğlubiyyətə üzülüb. Ardınca yenə sevinən tərəf "Azərreyl" olub - 25:21. Lakin 4-cü setdə ruslar yenə tarazlığı bərpa edib - 29:31. Tay-brekdə isə təmsilçimiz qələbə qazanıb - 15:13.

Bununla da "Azərreyl" "Uraloçka" sindromunu da qırıb. İndiyədək şimal təmsilçiləri ilə 2 dəfə üz-üzə gələn "Azərreyl" bu görüşlərdə məğlubiyyətlə barışmışdı.

"Uraloçka" və "Azərreyl" arasında cavab oyunu martın 19-da Yekaterinburqda keçiriləcək.

Azərreyl - Uraloçka 3:2 (25:22, 22:25, 25:21, 29:31, 15:13)

Hakimlər: Pavel Vaskoya (Slovakiya), Helmut Çrişinq (Avstriya).

"Sərhədçi" Olimpiya Mərkəzi

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com