Quti İspaniyaya dönür?

Deyəsən "Beşiktaş" futbol klubunun baş məşqçisi Bernd Şusterin istefası barədə məlumatların ortaya çıxması klubun ulduz futbolçularını da İstanbulla vidalaşmağa sövq edir. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun heyətində ən ulduz futbolçu olaraq göstərilən "Real"ın əfsanəsi olan Quti Fernantez İspaniyaya qayıtmaq fikrinə düşüb. İspaniyalı forvardın gedəcəyi klub da artıq məlumdur. Bu komanda, La Liqada qalmaq uğrunda çarpışan "Malaga"dır. İstanbuldakı futbol həyatının uğursuz alınması və gözlənilən uğuru göstərə bilməməsi ucbatından "Beşiktaş"la yollarını ayırmaq istəyən Q.Fernantezin ispan klubunun bu təklifinə müsbət yanaşdığı deyilir. İtaliyanın "Kalciomercato.it" internet futbol saytı da Qutinin transferi barədə yazı dərc edib. Saytda yerləşdirilən xəbərə görə, artıq "Malaga" klubunun təmsilçiləri də ispaniyalının meneceri ilə danışıqlara başlamaq istədiklərini dilə gətiriblər. La Liqada qarşıdakı mövsüm üçün böyük planlar quran klub rəhbərliyinin tanınmış ulduz futbolçulardan ibarət yeni heyət formalaşdırmaq istədiyi və bu siyahıda Qutinin də daxil edildiyi məlum olub.. 34 yaşlı ispan futbolçunun İspanuyaya qayıdaraq futbol həyatına daha uğurlu şəkildə son vermək istədiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə