Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, "qartallar" bərpadan sonra dünən iki dəfə məşqə çıxıblar. Futbolçular səhət saatlarında güc məşqi edibər. Bura toplu və topsuz hərəkətlər də daxil olub. Məşqin sonunda baş məşqçi Adil Şükürov komandanı top saxlamaq üzərində çalışdırıb.
Axşam hazırlığı səhərkindən fərqli olub. Bu dəfə "qartallar" taktiki-texniki hazırlığın yüksəldilməsinə çalışıblar.
Komanda bu gün bir məşqlə kifayətlənəcək. Bu, Boludakı 2-ci yoxlama oyunu öncəsi son hazırlıq olacaq.
"Zirə" iyulun 29-da Türkiyənin "Göztəpə" klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB