İtaliya A Seriyası çərçivəsində "Bari" futbol klubu ilə öz meydanında qarşılaşan və qızıl kimi 2 xal itirən "Milan" futbol kubunda işlər o qədər də yaxşı getmir. Siasport.az saytı xəbər verir ki, keçən həftə Silvio Berluskonin "Milan"ın prezidenti postunda 25 illliyini qeyd edən italyan klubu, öz meydanında "Bari" ilə qolsuz heç-heçə edərək S.Berluskoninin qanını qaraldıb. Amma bu azmış kimi "Milan" daha bir itki ilə qarşılaşıb. Həmin qarşılaşmanın 73-cü dəqiqəsində rəqib futbolçu Marko Rossinin mədəsinə yumruqla xəsarət yetirdiyinə görə qırmızı vərəqə ilə meydandan qovulan Milan təmsilçisinin İsveçrəli futbol ulduzu Zlatan İbrahimoviç, komandasının aprelin 3-də "İnter"lə keçirəcəyi derbi qarşılaşmasında meydana çıxa bilməyəcək. Çünki İtaliya Futbol Federasiyasının nizam-intizam komitəsi futbolçunu 3 oyunluq cəzalandırıb. Bu isə "İnter"lə prinsipial derbi öncəsində "Milan" üçün böyük itki sayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB