Dünən futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Qol.az-ın məlumatına görə, növbəti oyun günü daha 6 qarşılaşma keçirilib. Maraqla gözlənilən oyunlardan biri İstanbulda keçirilib. Türkiyənin "Fənərbaxça" klubu doğma meydanda Fransa "Monako"sunu sınağa çəkib. Qarşılaşma türklərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları avqustun 2 və 3-də keçiriləcək.
27 iyul
Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu
18:00. "Astana" (Qazaxıstan) – "Seltik" (Şotlandiya) - 1:1
Qollar: Yuri Loqviyenko, 19 - Leyq Qriffits, 78
21:15. "Rusenborq" (Norveç) – APOEL (Kipr) - 2:1
Qollar: Kristian Qitkyaer, 23(1:0), Yorgen Skjelvik, 45+1 (2:0), Georgios Efrem, 78 (2:1)
21:30. "Astra" (Rumıniya) – "Kopenhagen" (Danimarka) - 1:1
Qollar: Filip Teyşeyra, 7 (1:0), Tomas Delaney, 64 (1:1)
22:30. "Fənərbaxça" (Türkiyə) – "Monako" (Fransa) - 2:1
Qollar: Emenike, 39 (1:0), Falkao, 42 (1:1), Emenike, 61 (2:1)
22:30. "Trençin" (Slovakiya) – "Legiya" (Polşa) - 0:1
Qol: Nemanya Nikoliç, 69
22:45. "Olimpiakos" (Yunanıstan") – "Hapoel" (Beer-Şeva, İsrail) - 0:0
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB