Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilib

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Göyçay rayonunda stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda 10-dan çox komanda iştirak edib. Eyni zamanda Bakı şəhər yığma komandası da yarışa ezam olunub. Birincilikdə 1993-95-ci il təvəllüdlər arasında I yerə Sumqayıt şəhər yığma komandası, 1996 və ondan kiçik təvəllüdlər arasında I yerə Bakı şəhər yığma komandası, şəxsi 1993-1995-ci il təvəllüdlər arasında I yerə Bakı şəhər yığma komandası, qoşa oğlanlar arasında I yerə Bakı şəhər yığma komandası, qoşa qızlar arasında I yerə Sumqayıt şəhər yığma komandası, qarışıq qoşada isə I yerə Bakı şəhər yığma komandası layiq görülüb.

I, II və III yeri tutmuş komandalar müvafiq dərəcəli diplomlarla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə