"Sevilya"nın hücumçusu "Latsio"da oynayacaq

"Sevilya"nın hücumçusu "Latsio"da oynayacaq

"Sevilya"nın hücumçusu Çiro İmmobilenin yeni komandası müəyyənləşib. İspaniya mətbuatının yazdığına görə, italiyalı futbolçu karyerasını bundan sonra doğma vətənində davam etdirəcək. 26 yaşlı futbolçu yeni mövsümdən "Latsio"da oynayacaq. İtaliya klubu bu transfer üçün "Sevilya"ya 9 milyon avro ödəyəcək. İmmobile "Latsio"da ilinə 2 milyon avro qazanacaq. Qeyd edək ki, ötən mövsümün ilk yarısını "Sevilya"da oynayan İmmobile qışda "Torino"ya icarəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə