“Real” “Barselona”nı şərləyir?

“Real” “Barselona”nı şərləyir?

İspaniya La Liqasında əzəli rəqiblər kimi bütün dünyada ad çıxaran "Real Madrid" və "Barselona" futbol klubları arasında yeni bir qalmaqal meydana gəlib. Siasport.az saytı xəbər verir ki, çempionluq uğrunda gedən qızğın mübarizədə katalonlardan 4-5 xal geri qalan kral klubu, deyəsən "Barselona"dan acığını başqa formada çıxmaq qərarına gəlib. Məsələ burasındadır ki, kral klubu "Barselona" futbolçularından bəzilərinin qadağan olunan dopinq qəbul etdikləri barədə İspaniya Futbol Federasiyasına şikayətlə müraciət edib və bu barədə araşdırılma aparılması tələbi ilə sənəd göndərib. Bu azmış kimi bu iki rəqibin qarşıdurmasına mətbuat da qarışmalı olub. Məsələ burasındadır ki, İspaniyanın "Kadena Kope" radiosu "Real"ın müraciəti əsasında "Barselona"nın futbolçularının tibb yoxlanışından keçiriləcəyi barədə məlumat yayıb. Katalon klubu isə bu ittihamları rədd edir və qarşı tərəfi məhkəməyə verməyə hazırlaşır. Məlumata əsasən, "Barselona" klubunun vəkilləri həm də yerli radionu da məhkəməyə cəlb etməkdə israr edirlər. Çünki onlar radionu əsassız məlumat yaymaqda ittiham edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə