Bu gün Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi oğlanlardan ibarət U-16 və U-18 yığma komandalarının üzvləri ilə görüş keçirib. SİA-nın məlumatına görə, Milli Olimpiya Komitəsində təşkil olunan tədbirdə ölkədə idmanın bu növünün inkişafı, populyarlığı və kütləviləşdirilməsi istiqamətində görülən fəaliyyət, eləcə də gələcək planlar haqda müzakirələr aparılıb.
San-Marinoda keçirilmiş qitə çempionatının "C" divizionunda birinci olan U-18 yığmamızın, Kiprdə təşkil edilən Avropa birinciliyində gümüş medal qazanan U-16 millimizin üzvləri federasiya tərəfindən diplom və qiymətli hədiyyələr ilə təltif olunublar.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB