Arda Turanın yeni klubu məlum oldu

Arda Turanın yeni klubu məlum oldu
Arda Turan yayda "Qalatasaray"ı təkr edəcək. Siasport.az saytı xəbər verir ki, bu barədə "Lig" TV-nin müxbiri Bahri Havadır məlumat yayıb. Ötən gün "Qalatasaray"ın məşqində olan tele-jurnalist Arda Turanla görüşüb. Görüşdən sonra "Lig" TV-də çıxış edən Bahri Havadır Ardanın "Qalatasaray"dan gedəcəyini, hətta gələcək klubunun adını açıqladığını da bildirib: "Ardanın Avropaya transferi kəsinləşdi. Onunla danışdım. "Atletiko"yla (Madrid) anlaşıb. Özü dedi. Rəhbərliyin də xəbəri var. "Niyə getmək istəyirsən",-dedim. "Çox yoruldum, getmək istəyirəm",-dedi. "Fənərbaxça" matçında oynayıb-oynamayacağını da soruşdum. "Hocam 45 dəqiqə şans versə, oynayacam",- cavabını verdi".

Bütün xəbərlər Facebook səhifəmizdə