"Qəbələ" Futbol Klubunun 15 yaşa qədər futbolçularından ibarət komandası Rusiyanın tanınmış futbolçusu və məşqçisi Valentin Bubukinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak etmək məqsədilə martın 20-i Soçi şəhərinə yola düşəcək. Siasport.az saytı xəbər verir ki, Rusiya Futbol İttifaqının bayrağı altında bu il üçüncüsü təşkil olunacaq turnirdə komandalar 8 yaş qrupu üzrə mübarizə aparacaqlar. Birincilikdə 12 ölkədən təmsilçilərin iştirakı gözlənilir. Artıq "Qəbələ" ilə eyni yaş qrupunda mübarizə aparacaq komandaların adları məlumdur. Qruplar müəyyənləşməsə də, təmsilçimizin aşağıdakı kollektivlərlə qarşılaşmaq ehtimalı var: UGİM Vladivastok, "Qazprom" (Həştərxan, Rusiya), "Naşa Kampaniya" (Astana, Qazaxistan), "Vostok" (Xabarovsk, Rusiya), "Yunost" (Vladiqafqaz, Rusiya), Dağıstan yığması, "Siqnal" (Çelyabinsk, Rusiya), "Torpedo" (Vladimir, Rusiya), "Məşəl" (Daşkənd, Özbəkistan), "Pobeda-1" (Xasavyurt, Rusiya), "Master-Saturn" (Yeqorevsk, Rusiya), "Nijniy Novqorod" (Nijniy Novqorod, Rusiya), "Jemçujina" (Soçi, Rusiya), "Zvezda Znamensk" (Həştərxan, Rusiya), "Mitino" (Moskva, Rusiya), "Spartak" (Nalçik, Rusiya), "Drujba" (Sankt-Peterburq, Rusiya), "Timiryazevets" (Moskva, Rusiya), "Kubanoçka" (Krasnodar, Rusiya).
Turnirə 28 nəfərlik heyətlə
yollanacaq kollektivə "Qəbələ" Futbol Akademiyasının direktoru Ali Yavaş
başçılıq edəcək. Komanda 7 gün davam edəcək turnir boyunca birinciliyin
keçiriləcəyi Daqomıs kompleksində yerləşən "Olimpiyski" otelində məskunlaşacaq.
"Qəbələ" Soçiyə aşağıdakı futbolçu heyəti ilə yollanacaq:
Qapıçılar: Əli Həsənli, Mikayıl Qasımov
Müdafiəçilər: Vəzir Musayev, Feyruz Mustafayev, Elgün Hüseynli, Elməddin
Muradov, Bəhram Mehdizadə, Orxan Mehrəlizadə
Yarımmüdafiəçilər: Ümid Səmədzadə, Zöhrab Əlizadə, Nəsrulla Süleymanov,
Qismət Əliyev (k), Seyidrazi Ağayev, Rəhman Şabanov, Tərlan Əhmədov, Həzi
Hümbətli, Yusif Dilanov
Hücumçular: İlkin Mehdiyev, Ehtiram Şahverdiyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB