\"İnter\"in ev oyunlarına giriş pullu olacaq

\"İnter\"in ev oyunlarına giriş pullu olacaq
inter\"Qarabağ\"la oyunda azarkeşlərə xəbər vermədən \"Şəfa\" stadionuna girişi pullu edən \"İnter\" səhvini başa düşüb. Siasport.az saytı xəbər verir ki, bank klubu bununla bağlı rəsmi saytı vasitəsi ilə açıqlama yayıb.

Klubun açıqlamasında bildirilir ki, Premyer Liqanın final mərhələsinin sonuna qədər \"İnter\"in ev oyunlarında \"Şəfa\" stadionuna giriş pullu olacaq. Bilet satışı ilə bağlı əvvəlcədən məlumat veriləcək.

Qeyd edək ki, \"İnter\"in bundan sonra Premyer Liqada 4 ev oyunu qalıb. \"Qarabağ\"la qarşılaşan \"bankirlər\" bundan sonra \"Neftçi\", \"Xəzər Lənkəran\", \"Bakı\" və AZAL-ı qəbul edəcək. Bundan başqa komanda Azərbaycan Kubokunun yarımfinalında evdə AZAL-la qarşılaşacaq.

Bu arada \"İnter\" \"Bakı\" ilə oyunun hazırlıqlarına start verib. Komandanın ilk məşqi \"Şəfa\" stadionunda baş məşqçi Kaxaber Tsxadadzenin rəhbərliyi altında baş tutub.

Artıq \"Bakı\" ilə oyunun başlama vaxtı müəyyənləşib. Martın 18-də \"Şəfa\" stadionunda keçiriləcək qarşılaşma saat 16.00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com