Baş redaktor: "Dəyişikliklər müstəqil Azərbaycan tarixində yeni mərhələ açacaq" AÇIQLAMA
"Bu ilin sentyabr ayında keçiriləcək referendum ölkəmizin müstəqillik tarixində dördüncüsü olacaq. 1993, 2002, 2009-cu illərdə keçirilmiş və bu il baş tutacaq referendumların 3-ü konstitusiyaya dəyişikliklərlə bağlıdır. Ümumiyyətlə, referendumlar müstəqil Azərbaycanın tarixində çox əlamətdar dövlərdə olub. Onların hər biri ölkənin müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcını qoyub və əsaslarını yaradıb. Şübhə etmirəm ki, konsititusiyaya ediləcək bu dəfəki dəyişikliklər də müstəqil Azərbaycanın tarixində yeni mərhələ açacaq, həmin mərhələnin qanunvericilik və dövlət sisteminin əsaslarını müəyyənləşdirəcək". Bunu SİA-ya açıqlmasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
O qeyd edib ki, konstitusiyaya təklif olunan dəşikliklərlə ölkənin dövlət idarəçilik sistemində böyük yenilik olacaq: "Bu dəyişikliklər əvvəlki referendumlarda olduğu kimi, özü ilə hər hansı mərhələnin əlamətlərini gətirməklə yanaşı, müəyyən müddətdə keçilmiş yolun yekunu kimi dəyərləndirilə bilər. Yəni, hər bir referendum özündən əvvəl bir neçə il davam etmiş proseslərin məntiqi nəticəsi kimi meydana çıxır. Sentyabrda keçiriləcək referendum da 2009-cu ildən indiyədək davam edən və nəzərəçarpacaq dərəcədə dəyişikliklərlə müşayiət olunmuş proseslərin nəticəsi olaraq meydana çıxıb".
Baş redaktor bildirib ki, bu gün Azərbaycan dövlətinin siyasətində gənclərə yönəlik layihələrin çox böyük üstünlük təşkil etdiyini nəzərə alsaq, Milli Məclisə seçkilmək üçün qoyulmuş minimum yaş həddinin götürlməsi təbii haldır: "Ölkəmizdə gənc və orta nəslin dövlət həyatında iştirakına böyük imkanlar, şanslar açılıb. Prezidentliyə namizədlərə qoyulmuş minumum yaş məhdudiyyətinin götürülməsi çox məntiqlidir. Bu gün Azərbaycan postneft dövrü deyilən yeni mərhəyə çıxıb. Dünyada yeni reallıqlar yaranıb. Ölkəmizin təhsilində yeni proseslər başlayıb, iqtisadiyyatın indiyədək olmayan ənənəvi sahələrinin yaradılması işləri aparılır. Aparılan nəhəng uğurlu işləri nəzərə alsaq, ölkə idarəçiliyinin yükünün müəyyən hallarda paylaşılmasına ehtiyac var ki, bu da vitse-prezident postlarının yaradılmasını zəruri edir. Konstitusiyaya təklif olunan hər bir dəyişliklər müəyyən əsasa malikdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB