Bernd Şuster: “Türkiyə Kubokunu qazanmasam, “Beşiktaş”dan gedəcəm”

Bernd Şuster: “Türkiyə Kubokunu qazanmasam, “Beşiktaş”dan gedəcəm”

Istanbulun "Beşiktaş" futbol klubunun baş məşqçisi Bernd Şuster Türkiyə kubokunu İstanbul təmsilçisinə qazandırmasa, mövsüm bitən kimi klubla yollarını ayıracaq. Siasport.az saytı xəbər verir ki, Türkiyə Superliqası çərçivəsində öz meydanında "Manisaspor" futbol klubu ilə heç-heçə oynayaraq qızıl kimi iki xal itirən "Beşiktaş" futbol klubunda əsəblər tarıma çəkilib. Oyundan sonra baş məşqçi ilə görüşən klub prezidenti Yıldırım Dəmirörən bildirib ki, böyük pullar hesabına ulduz futbolçuların transfer olunmasından sonra klubda gözlənilən uğurlar əldə olunmayıb. Ulduz futbolçulardan narazılığını dilə gətirən Y.Dəmirörən, onların bir çox oyunlarda can yandırmadan, sadəcə meydanda görünmək xatirinə gəzişdiklərini dilə gətirib. Klub Prezidenti bütün bunlar üçün ölçü götürülməsi barədə B. Şusterə qəti tapşırıq verib.

Bütün xəbərlər Facebook səhifəmizdə