Gənc yunan-Roma güləşçilərimiz Varnadan 1 qızıl və 1 gümüş medalla qayıdırlar
Bolqarıstanın Varna şəhərində güləş üzrə Petro Sirakov və İvan İliyevin xatirəsinə 14-cü beynəlxalq turnir keçirilib. Siasport.az saytı xəbər verir ki, gənclərdən ibarət yunan-Roma güləşi yığmamızın böyük məşqçisi Ağalar Aslanov və məşqçi Orxan Əliyevin rəhbərliyi altında pəhləvanlarımız turniri 1 qızıl və 1 gümüş medalla başa vurublar.
Vilayət Qəhrəmanlı (50 kq) finalda bolqar Nikolay Viçevi (2:0, 2:0) məğlub edərək turnirin qızıl medalını qazanıb. Fuad Əliyev (74 kq) finalda bolqar Daniel Aleksandrovla qarşılaşıb, gərgin keçən görüşü gümüş medalla başa vurub.
Nurlan Əsgərov (55 kq), Sultan İsmayılov (84 kq) və Röyal Mirzəyev (96 kq) fəxri kürsünün bir addımlığında büdrəyib, hər üç təmsilçimiz turniri beşinci yerdə tamamlayıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vasif Əliyev
ölkəmizi təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB