Komandamız “Baltik halqası”nda qızıl medal qazandı

Komandamız “Baltik halqası”nda qızıl medal qazandı
Azərbaycanın bədii gimnastika üzrə gənclərdən ibarət qrup komandası Riqada keçirilmiş "Baltic Hoop" ("Baltik halqası") beynəlxalq turnirində qalib gəlib. Siasport.az saytı xəbər verir ki, Lalə Yusifova, Aişə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı, Siyana Vasileva və Səbinə Qaratovadan ibarət kollektiv 5 ip ilə kompozisiyanı qüsursuz yerinə yetirib və dövlətimizin möhtəşəm himninin sədaları altında Azərbaycanın üçrəngli bayrağı qaldırıblar. Qızlarımız bütün göstəricilər üzrə Sankt-Peterburqu təmsil edən güclü kollektivi və Estoniya komandasını üstələyiblər. Bu komandalar, müvafiq surətdə ikinci və üçüncü yerləri tutublar.

Həmin axşam Riqa idman kompleksində Azərbaycan bayrağı top və gürz ilə çıxışların yekunlarına görə üçüncü yeri tutmuş Zeynəb Cavadlının şərəfinə daha iki dəfə qaldırılıb. Çoxnövçülükdə də buna oxşar vəziyyət yarana bilərdi, lakin proqramın bu növündə Zeynəb 22 iştirakçı arasında dördüncü yerlə kifayətlənməli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə