Qonzalo İquain 90 milyon avroya "Yuventus"a keçdi

Qonzalo İquain 90 milyon avroya "Yuventus"a keçdi
Futbol tarixinin ən bahalı üçüncü transferi reallaşıb. Məsələ burasındadır ki, "Napoli"nin futbolçusu Qonzalo İquainin "Yuventus"a keçidi rəsmiləşib ki, bu da kifayət qədər böyük məbləğə başa gəlib. İtalyan klubunun rəsmi saytının yaydığı xəbərə görə, argentinalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Q.İquainin transferi üçün Turin təmsilçisi "Napoli"yə 90 milyon avro təzminat ödəyəcək. Bu, futbol tarixinin ən bahalı üçüncü transferidir. Qeyd edək ki, bu göstəricidə ilk pillədə Qaret Beyl (100 milyon avro), 2-ci pillədə Kriştiano Ronaldo (94 milyon avro) qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə