Toni Adams İlkin Vidadioğludan niyə üzr istədi?

Toni Adams İlkin Vidadioğludan niyə üzr istədi?

Ötən gün keçirilən MOİK - "Qəbələ" oyunu 1:1 hesabı ilə başa çatdı. Siasport.az saytı xəbər verir ki, "Qəbələ"nin oyunçularının, xüsusilə də Arif İsayevin əlinə düşən imkanları sağa-sola xərcləməsi komandanı dəstəkləyən fanatları da özündən çıxardı. Bunun nəticəsi idi ki, futbolçular fasilədən sonra meydana qayıdanda fanatlar İsayevin əleyihinə müxtəlif şüarlar səsləndirməyə başladı ki, bu da futbolçunun narazılığına səbəb oldu. Başını aşağı salıb, oyununu davam etdirmək əvəzinə azarkeşlərə yaxınlaşan Arif olduqca sərt şəkildə reaksiya verdi, hətta "bəyənməyən baxmasın" dedi. Futbolçunu oradan uzaqlaşdırmaq mümkün oldu. Azarkeşlər də sakitləşdi.

Oyun birinci hissədəki kimi davam etdi və "Qəbələ" meydanı bir xalla tərk etdi. Komandasının həvəskar səviyyəli MOİK-ə qalib gələ bilməməsini həzm edə bilməyən "Qəbələ"nin baş məşqçisi isə xal itkisinin acığını jurnalistdən çıxmaq qərarına gəldi.

Belə ki, oyun başa çatandan sonra matçı izləyən Fanat.az-ın əməkdaşı İlkin Vidadioğlu Arif İsayevə yaxınlaşıb, baş verənlərlə bağlı münasibətini öyrənməyə çalışıb. Lakin bu vaxt əsəbi halda jurnalistə yaxınlaşan "Qəbələ"nin baş məşqçisi heç bir səbəb olmadan media təmsilçisini təhqir edib.

Sonradan səhvini başa düşən Adams mətbuat konfransına gedərkən jurnalistə yaxınlaşaraq üzr istəyib. Amma bu addımı belə inglis mütəxəssisə haqq qazandırmır. Belə çıxır ki, "mədəniyyətin beşiyi" adlandırdığımız Avropadan gələnlərə belə mədəniyyəti, etika qaydalarını biz öyrətməliyik. Həmişə jurnalistlər stadionlarda polisin, mühafizə xidmətinin təzyiqi ilə üzləşirdi. Artıq baş məşqçilər də onlara qoşulub. İngiltərə kimi bir ölkədən gələn mütəxəssis adi etik qaydaları, jurnalistlə davranış qaydalarını belə bilmir. Bəs görəsən, "Qəbələ" hara baxır? Bu adam etika qaydalarını İngilətərədə öyrənməyibsə, heç olmasa burda ona tərbiyyə vermək olmazdımı?

Ümid edirik ki, "Qəbələ" rəhbərliyi baş verənlərə görə, baş məşqçisindən izahat tələb edəcək və bir daha belə halların yaşanmamasına çalışacaq.

Fanat İdman Agentliyi

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com