"Xəzər Lənkəran"da yeni kapitan

"Xəzər Lənkəran"da yeni kapitan
"Xəzər Lənkəran" klubunun kapitanı Kamran Ağayev zədə səbəbindən Azərbaycan Premyer Liqasının XXIII turunu buraxmalı olub. Siasport.az saytı xəbər verir ki, bu üzdən də komandanı meydana kapitan sarğısı ilə Elnur Allahverdiyev çıxarıb. Müdafiəçi karyerasında ilk dəfə Lənkəran təmsilçisinin kapitanı olmaqla tarixə düşüb. O, bu şərəfə nail olan 19-cu futbolçudur. Elnurla yanaşı, daha 3 oyunçu cari mövsümdə bu "post"da debüt ediblər. Bunlar Rahid Əmirquliyev, Xaqani Məmmədov və Ruslan Poladdovdur.

"Xəzər Lənkəran"ın kapitanları: Kamran Ağayev, Mahmud Qurbanov – hərəyə 59, Emin Quliyev – 25, Samir Əliyev – 24, Zaur Ramazanov – 23, Dmitri Kramarenko – 19, Arif Əsədov – 14, Elmar Baxşıyev – 10, Bəxtiyar Musayev – 4, Alim Qurbanov – 3, Füzuli Məmmədov, Junior Osvaldo – hərəyə 2, Aleksandr Martyoşkin, Ədəhim Niftəliyev, Rəşad Abdullayev, Rahid Əmirqulıiyev, Xaqani Məmmədov, Ruslan Poladov, Elnur Allahverdiyev – hərəyə 1 dəfə.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com