Rəşad Sadiqov: "Baş məşqçi birinci hissədə səbrli oynamağımızı tapşırmışdı"

Rəşad Sadiqov: "Baş məşqçi birinci hissədə səbrli oynamağımızı tapşırmışdı"
"Çox maraqlı oyun keçdi. "Altılığ"ın ilk oyunu olduğuna görə həyacanlıydıq. Matça yaxşı hazırlaşmışdıq". Siasport.az saytı xəbər verir ki, bu sözləri "İnter"lə oyundan sonra açıqlamasında "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov deyib. Təcrübəli futbolçu birinci və ikinci hissədə nümayiş etdirdikləri fərqli oyunun səbəbini söyləyib: "İlk 15-20 dəqiqə kəşfiyyat xarakterli oyun nümayiş etdirdik. Baş məşqçi birinci hissədə səbrli oynamağımızı tapşırmışdı. İkinci hissədə pressinqlərə və daha çox hücumlar qurmağa üstünlük verdik. Bu plan matçdan öncə belə hazırlanmışdı. Allaha şükür ki, oyun fikirləşdiyimiz kimi də alındı". Sadıqov hələ çemioluq barəsində fikirləşmədiklərini bildirib: "Biz hələ çemionluq haqqında fikirləşmirik. Sadəcə hər qarşılaşmaya final oyunu kimi baxırıq. Qarşıda bizi AZAL-la oyun gözləyir".

Futbolçu "altılıq"da bütün komandaların güclü olduğunu və turnir cədvəlinə görə hansı komandaların favorit olduqlarını söyləyib: "Altılıq"da turnir cədvəlinə görə hazırda "Xəzər Lənkəran"la "Neftçi" favoritdi. Amma hələ kimin çempion olacağını bilmək olmaz".//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə