|
İspaniya La Liqasında bir sıra maraqlı qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, La Liqanın lideri olan "Barselona", rəqib meydanında "Sevilya" ilə qarşılaşıb. Xose Qvardiolanın yetirmələri Boyan Krkiçin qolu ilə 1:0 önə keçsələr də, qarşılaşmanın ikinci hissəsində meydan sahibləri Xesus Navasın mükəmməl qolu ilə hesabı bərabərləşdiriblər. Qonaqlar nə qədər cəhd göstərsələr də xal itkisindən yaxa qurtara bilməyiblər. "Barselona"nın xal itirməsindən isə ən yaxın izləyicisi "Real" maksimum istifadə edib. Kral klubu "Santyaqo Bernabeu"da "Erkules" futbol klubunu qəbul edib. "Real Madrid" fransız əsilli ulduz futbolçusu Kərim Benzemanın iki mükəmməl qolu ilə üç xalı hesabına yazıb. Qeyd edək ki, kral klubunun supertransferi hesab olunan Kriştiyano Ronaldo cəzalı duruma düşməsi səbəbindən qarşılşmada meydana çıxa bilməyib. "Qalatasaray"ın keçmiş futbolçusu Mehmet Topalın komandası "Valensiya" isə səfərdə "Saraqosa"ya rüsvayçı şəkildə 0:4 hesabı ilə məğlub olub.
İspaniya La Liqas, 28-ci tur
\"Almeriya\" - \"Atletiko\" - 2:2
\"Real Madrid\" - \"Erkules\" - 2:0
\"Saraqosa\" - \"Valensiya\" - 4:0
\"Osasuna\" - \"Rasinq\" - 3:1
\"Real Sosyedad\" - \"Malaqa\" - 0:2
\"Espanyol\" - \"Deportivo\" - 2:0
\"Levante\" - \"Malyorka\" - 1:1
\"Vilyarreal\" - \"Sportinq\" - 1:1
\"Sevilya\" - \"Barselona\" - 1:1
|