\"Bizim üçün vacib qələbə idi. \"Bakı\" ciddi rəqibdir. Heyətində yaxşı futbolçular yer alır. Düşünürəm ki, görüş baxımlı alınmasa da, meydanda gərgin mübarizə getdi\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"Neftçi\" klubunun futbolçusu İqor Mitreski deyib. O yaxaladıqları imkanı əldən vermədiklərini və 3 xal qazandıqlarını qeyd edib. \"Çox sevinirəm ki, komanda yoldaşlarım bu qələbəni mənim yeni dünyaya gələn övladıma həsr etdilər, belə olduqda qələbə mənim üçün ikiqat əzizdir. Hər kəsə təşəkkür edirəm. Bizim yeganə məqsədimiz çempion olaraq, Azərbaycanı Çempionlar Liqasında layiqincə təmsil etməkdir\",-deyən futbolçu \"Bakı\" ilə matçda Jabaya sarı vərəqə verilməli olduğunu düşündüyünü qeyd edib: \"Çünki videotəkrar zamanı açıq-aşkar görünür ki, Rauf Mehdiyev braziliyalı futbolçuya toxunmayıb\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB