“Şən delfin” Bakı şəhər yaz birinciliyi keçiriləcək

“Şən delfin” Bakı şəhər yaz birinciliyi keçiriləcək

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 17-19 mart 2011-ci il tarixində üzgüçülük üzrə "Şən delfin" Bakı şəhər yaz birinciliyi keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarışlar "Hövsan" OİK-nin üzgüçülük hovuzunda, saat11:00-da başlanacaq.

Yarışın keçirilməsində əsas məqsəd Bakı şəhərində üzgüçülük idman növünün təbliği və inkişaf etdirmək, Bakı şəhəri idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək, ən güclü üzgüçüləri aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək, gəncləri üzgüçülük ilə müntəzəm məşğul olmağa cəlb etməkdir.

Yarış şəxsi xarakter daşıyacaq. Turnirdə iştirakçıların sayı qeyri- məhduddur. Yarış iki yaş qrupunda keçiriləcək: böyük yaşlı-oğlanlar 12 yaş, qızlar -11 yaş və kiçik yaşlı – oğlanlar 10-11 yaş, qızlar 9-10 yaş. Yarışda idmançılar konpleks üsullu 100 m, 200 m məsafələrə, sərbəst üsulda 50 m, 100 m məsafələrə həm oğlan həm də qadın idmançılar brass, arxa üstə batterflyay növbələrində isə həm oğlan həm də qadın idmançılar 50 m, 100 m məsafələrə güclərini sınayacaqlar.

I gün II gün

100 m k.ü.-qız, oğlan 50 m batt-qız, oğlan

200 m k. ü.-qız, oğlan 100 m. Batt-qız, oğlan

50 m a/ü.-qız, oğlan 50 m a/ü.-qız, oğlan

100 m a/ü.-qız, oğlan

III gün

50 m brass-qız, oğlan

100 m brass-qız, oğlan

50 m s/ü-qız, oğlan

Bütün xəbərlər Facebook səhifəmizdə