“Fənərbaxça” liderdir, “Qalatasaray” isə yenə uduzdu

“Fənərbaxça” liderdir, “Qalatasaray” isə yenə uduzdu

Türkiyə Superliqasında dünən və srağagün bir-birindən maraqlı görüşlər keçirilib.Siasport.az saytı xəbər verir ki, İstanbulun "Qalatasaray" futbol klubu gözlənilənlərin tam əksinə olaraq rəqib meydanından yenə də məğlub durumda qayıdıb. İstanbul klubu Aydın Yılmaz və Xuan Pablo Pinonun qolları ilə sevinsə də, "Ankaragücü"nün forvardı sayılan Stanislav Şestak ard-arda üç qola imza ataraq meydan sahiblərinin 3:2 hesablı qələbəsini təmin edib. "Beşiktaş" isə öz meydanında "Manisaspor" futbol klubunu qəbul edib. "Qara qartallar" bu qarşılşmada favorit göstərilsələr də, rəqib qapısına yol tapa bilməyiblər və qarşılaşma 0:0 nəticə ilə bitib. Türkiyə Superliqasının hazırkı lideri "Fənərbaxça" isə "Şükrü Saracoğlu" stadionunda "Konyaspor"u qəbul edib. Qarşılaşmanın 16-cı dəqiqəsində Mamadu Nyanqın qolu ilə hesabda önə keçən meydan sahibləri, qarşılaşmanın 77-ci dəqiqəsində Semih Şəntürkün vurduğu qolla hesabı 2:0 ediblər. Bu nəticədən sonra Türkiyə Superliqasında yenə "Fənərbaxça" liderlik edir. Keçirilən görüşləri və qarşılaşmaları diqqətinizə çatdırırıq:


\"Manisaspor\" - \"Beşiktaş\" - 0:0
\"Karabükspor\" - \"Bursaspor\" - 1:1
\"İstanbul\" BB - \"Eskişehirspor\" - 0:2
\"Trabzonspor\" - \"Kasımpaşa\" - 1:0
\"Antalyaspor\" - \"Gənclərbirliyi\" - 0:0
\"Ankaragücü\" - \"Qalatasaray\" - 3:2
\"Bucaspor\" - \"Qaziantepspor\" - 1:0
\"Sivasspor\" - \"Kayserispor\" - 1:0
\"Fənərbaxça\" - \"Konyaspor\" - 2:0

Bütün xəbərlər Facebook səhifəmizdə