Arif Əsədov Berti Foqtsla nə danışdı?

Arif Əsədov Berti Foqtsla nə danışdı?

\"Neftçi\"nin baş məşqçisi Arif Əsədov Berti Foqtsla görüşüb. Siasport.az saytı xəbər verir ki, komandanın baş məşqçisi görüş haqqında klubun rəsmi saytına danışıb: \"Neftçi\"nin heyətindən milli komandamıza Rail Məlikov, Cavid İmamverdiyev, Ruslan Abışov, Ruslan Əmircanov, Cavid Hüseynov, Amit Quluzadə, Araz Abdullayev kimi futbolçular dəvət olunur. Bu futbolçularla yanaşı, həmçinin U-21 yığmamıza Ruslan Qurbanov, Mirhüseyn Seyidov, Tərlan Quliyev cəlb edilir. Yığma komandamızın baş məşqçisi Berti Foqts onlar haqqında məndən geniş məlumat aldı. Almaniyalı mütəxəssis yığma komandaya namizəd futbolçular haqqında mənim fikirlərimi öyrəndi. Onun fikirləridə oldu, futbolçuların mövqeləri ilə bağlı öz fikirlərini söylədi. Berti Foqts onların son durumları barədə məlumat aldı. Onunla fikir mübadiləsi zamanı, bildirdim ki, mən də istiyərdim ki, heyətimizdə çoxlu gənc yerli futbolçular yer alsın. Ancaq komandamızın qarşısında böyük hədəflər qoyulduğu üçün, hələlik belə gənc futbolçulara daha çox şans verə bilmirəm. Berti Foqts bu vəziyyəti başa düşdüyünü qeyd etdi\".


Bütün xəbərlər Facebook səhifəmizdə