Ölkə çempionatının püşkatma mərasimi keçirilib FOTOLAR

Ölkə çempionatının püşkatma mərasimi keçirilib FOTOLAR

Topaz Premyer Liqasının 2016/2017-ci illər mövsümünün ilk turunun püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, AFFA-nın konfrans zalında təşkil olunan mərasimdə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, klub nümayəndələri və jurnalistlər iştirak ediblər.

PFL prezidenti bildirib ki, ilk dəfə olaraq ölkə çempionatının püşkatması televiziya vasitəsi ilə canlı şəkildə efirə verirlir. Qeyd edib ki, ötən mövsüm çempionatın oyunları yüksək səviyyədə yayımlanıb.

O, yeni mövsümdə bəzi yeniliklərin olduğunu vurğulayıb: "Bu mövsüm əvvəlki çempionatardan daha gərgin və maraqlı keçəcək. 8 komandadan ən azı 6-sı avrokuboklar uğrunda mübarizə aparacaq. Mübarizə şəraitində keçən yarışda maraq da olur. Legionerlərə görə ödənilən rüsum azaldılıb. Bu, klublara kömək xarakteri daşıyır. Qərara alınıb ki, futbolçuların maykalarında oyunçuların adları doğma dilimizdə yazılsın".

R.Musayev AFFA rəhbərliyinin hakimlərin inkişafı üçün lazım olan şəraiti yaratdığını deyib: "Əliyar Ağayev 19 yaşlı futbolçular arasında Avropa çempionatının finalını idarə etdi. Bu da bizi çox sevindirir. Ə.Ağayev orada AFFA-nı, PFL-i yox, Azərbaycanı təmsil edirdi".

Daha sonra püşkatma mərasimi keçirilib.

Püşkatmanın nəticələrini nəzərinizə çatdırırıq:

I tur

6-7 avqust

"Qəbələ" – "Kəpəz"

"Qarabağ" – "İnter"

"Zirə" – "Sumqayıt"

AZAL – "Neftçi"

Bütün xəbərlər Facebook səhifəmizdə