Azərbaycan taekvondoçuları gənclər və böyüklər arasında Almaniyanın Açıq Çempionatında ("German Open") mübarizə aparıblar. Siasport.az saytının Almaniya bürosu xəbər verir ki, milli komandanın baş məşqçisi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyev, məşqçi Elnur Amanov və olimpiya seçmə komandasını çalışdıran koreyalı mütəxəssis Con Conqbayın rəhbərliyilə Hamburqdakı turnirdə 11 kişi, eləcə də 10 qadın idmançıdan ibarət heyət iştirak edib. Taekvondoçularımızdan yalnız 80 kq çəki dərəcəsində döyüşən Ramin Əzizov bürünc medal qazanıb. Digər idmançılarımız isə mükafatçılar sırasına düşə bilməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB