Arif Əsədov: "Bu qələbəni oyundan əvvəl oğlu dünyaya gələn futbolçumuz İqor Mitreskiyə həsr edirik"

Arif Əsədov: "Bu qələbəni oyundan əvvəl oğlu dünyaya gələn futbolçumuz İqor Mitreskiyə həsr edirik"
Azərbaycan Premyer Liqasının 23-cü turunun "Bakı" - "Neftçi" oyunundan sonra keçirilən mətbuat konfransında flaqmanın baş məşqçisi Arif Əsədov görüş haqda fikirlərini bildirib. Siasport.az saytı baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: "Final mərhələsində ilk oyunumuza çıxdıq. İlk qarşılaşmalar gərgin keçir. Hər iki komanda meydanda sona qədər mübarizə apardı. Çempionluq yolunda irəliləmək üçün qələbə bizim üçün çox vacib idi. Hesab edirəm ki, çətin oyun oldu. Düzdür, baxımlı oyun alınmadı. Lakin əsas olan nəticə qazanmaq idi ki, bunun da öhdəsindən gəldik. Bu qələbəni oyundan əvvəl oğlu dünyaya gələn futbolçumuz İqor Mitreskiyə həsr edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə