"İnter" "Kolheti Poti"yə məğlub olub

"İnter" "Kolheti Poti"yə məğlub olub

Bakının "İnter" klubu Türkiyə toplanışı çərçivəsində son yoxlama matçını keçirib. SİA-nın məlumatına görə, Gürcüstanın "Kolheti Poti" klubu ilə qarşılaşan komanda minimal hesabla məğlub olub-1:0.

Xatırladaq ki, "İnter" FK toplanış zamanı 4 yoxlama matçı keçirib ("Kasımpaşa" FK (2:1), "Elazığspor" FK (0:0), "Gənclərbirliyi" FK (4:0) və "Kolheti Poti" (0:1).

Qeyd edək ki, komanda bu gün səhər saatlarında Vətənə qayıdıb.

Bütün xəbərlər Facebook səhifəmizdə